İsmayıllıda “Soyqırım” abidəsinin önündə rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat rəhbərlərinin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, əvvəlcə abidənin qarşısına çiçəklər düzülüb, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqrımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib” və 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu iştiraşçıların diqqətinə çatdırılıb.
Həmçinin vurğulanıb ki, 1918-ci il mart soyqırımı zamanı Azərbaycanın digər bölgələrində olduğu kimi İsmayıllının Şamaxı qəzasına daxil olan Tircan, Mücü, Bizlan, Tağlabiyan, Sulut, Xankəndi, Kürdüvan, Zeyvə, Qıçatan, Sərdahar, Zərnava, Hacıhətəmli, Mollaisaqlı kəndlərində də kütləvi qırğınlar baş verib.
Tədbirdə çıxış edən şəhid anası bildirilib ki, Azərbaycan xalqı 44 günlük haqq mübarizəsi - Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi, qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib, Qarabağı erməni işğalından qurtarıb. Şəhid anası tədbir iştirakçılarını ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətləri unutmamağa çağırıb.
Facebook-da paylaş