Şamaxıda 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

 

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Şamaxı rayonunda onlayn formatda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 1918-ci ilin mart ayında ölkəmizin müxtəlif regionları ilə yanaşı Şamaxı rayonunda da erməni qəsbkarları tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım aktı nəticəsində minlərlə soydaşımızın qətlə yetirildiyini və bu qətlyamın insanlığa sığmayan bəşəri cinayət olmasını diqqətə çatdırdı. 

Tahir Məmmədov 1998-ci ildən etibarən  Ümummilli lider Heydər Əliyev tərəfindən soyqırım aktına hüquqi status verilməsindən və 31 Mart Azərbaycanılıarın Soyqırımı Günü kimi qeyd olunmasının əhəmiyyətindən söhbət açaraq hazırda bu soyqırım aktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətindən və əldə olunmuş nəticələrdən geniş söbət açdı.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Mərəhməd Mustafayev və Əngəxaran kənd tam orta məktəbinin müəllimi Cavid İslamov soyqırımın başvermə səbəblərindən danışıb, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildiriblər.

 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}