Bakıda klinikaya cərimə protokolu yazılıb
“Report”un əldə etdiyi məlumata görə, “Şərq-Qərb Təbabəti” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bu xətaya görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Facebook-da paylaş