“Araz" supermarketi cərimələnib

 

Fövqəladə Hallar Nazirliyi (FHN) “Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazıb.

Şəffaflıq.az xəbər verir ki, protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatındadır.

MMC-yə protokol İnzibati Xətalar Məcələsinin 518.1-ci ilə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə tərtib edilib.

Bu xətaya görə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}