Mariupolda beş min dinc sakin həlak olub: Mühasirədə qalanların sayı 170 minə çatır
Ukraynanın Mariupol şəhərindən blokadaya düşməsindən sonra 150 min insan təxliyə olunub.
Bu barədə şəhər rəhbərliyinin məlumatında qeyd olunub.
Bildirilir ki, hələ də 170 minə yaxın insan blokada şəraitində qalıb. İlkin hesablamalara görə, şəhərdə beş minə yaxın dinc sakin həlak olub.
Qeyd edək ki, şəhər martın 1-dən etibarən mühasirədədir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş