Ukrayna Rusiyanı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmağa çalışır

 

Ukrayna Rusiyanı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmaq və ya ən azı rusiyalıları təşkilatın katibliyində əsas vəzifələrdən uzaqlaşdırmaq üçün tərəfdaşlarla birgə çalışır.

Bu barədə Ukraynanın energetika nazirinin müşaviri Yelena Zerkal məlumat verib.

“Bunun səbəbi rusiyalıların Ukraynanın AES-lərini zəbt edərək həyata keçirdikləri nüvə terrorizmi siyasətidir”, - deyə hökumət rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya ordusu Ukraynanın iki nüvə obyektini - Çernobıl və Zaporojye atom elektrik stansiyalarını nəzarətə götürüb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}