Hiperkarın sürəti 437 km/saata çatdı

 

“Hennessey Venom F5”-in yaradıcıları hiperkarın rəsmi sənədlərində maksimal sürəti saatda 311 mil (500 kilometr) göstərirlər. 


Halbuki indiyədək keçirilən sınaqlarda avtomobil yalnız saatda 322 və 402 kilometr sürət həddini qət etməyi bacarıb.

Bu dəfə mühəndislər ABŞ-ın Florida ştatında test meydançasında təhlükəsizlik yastıqları olmayan hiperkarı saatda 437 kilometrədək sürətləndirməklə rekorda imza atıblar.

Qeyd edək ki, ilin sonuna qədər istehsalçı şirkət 12 hiperkar hazırlamağı planlaşdırır.

“Hennessey Venom F5”-in kapotu altında 6,6 litrlik V8 turbomühərriki var. Aqreqat 1817 at gücünə malikdir. Hiperkar 2,6 saniyəyə “yüz”ü sıxır.

Eyni zamanda, model saatda 400 kilometr sürəti 15,5 saniyəyə yığır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}