“Tesla” ən sürətli elektromobilini təqdim etdi

 


ABŞ-ın “Tesla” şirkəti yeni elektromobilini təqdim edib.

Şəffaflıq.az bildirir ki, bu barədə TASS məlumat yayıb.


Yeni “Model S Plaid” avtomobilinin təqdimatını şirkətin rəhbəri İlon Mask şəxsən aparıb.


İlon Mask bildirib ki, buna qədər “Model S” avtomobilinin yenilənmiş versiyasının olduqca sürətli ola biləcəyi nəzərdə tutularaq layihəyə çoxsaylı tənqidlər gəlib. Lakin “Model S Plaid”in yaradılması dayanıqlı enerji üçün çox vacib olub.


“Biz heç bir şübhə olmadan ən yaxşı avtomobillərin elektromobillər olduğunu göstərməliydik”, - deyə biznesmen bildirib.


O, “Model S Plaid”in seriyalı istehsalın ən sürətli avtomobili olduğunu söyləyib.


“Model S Plaid” istənilən idman avtomobili, istənilən “Porsche”dən sürətli və istənilən “Volvo”dan daha təhlükəsizdir”, - deyə İlon Mask qeyd edib.


Qeyd edək ki, avtomobilin maksimal sürəti saatda 320 kilometrdir. 130 min dollar dəyəri olan avtomobil 96,5 kilometr sürəti cəmi iki saniyəyə yığa bilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}