Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir
Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum yazıçı Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.
“Yaxşı ki, atam öz vətənində dəfn olacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizmi üçün gözlənilməz oldu. Ata itkisinin övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən”, - o bildirib.
Xalq şairi Ramiz Rövşən isə söyləyib ki, R.İbrahimbəyovun ölümü ağır itkidir.
"Xalqımız çox böyük sənətkarını itirib. Rüstəm İbrahimbəyov bir millət, xalq, hətta dünya üçün əvəz olunmaz şəxsdir. Onun gedişindən sonra böyük bir boşluq görünür. O boşluq hər yerdən sezilir və get-gedə daha sıx görünəcək”,- o bildirib.
Facebook-da paylaş