Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır

 Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.
Bu barədə sənətçinin ailəsindən məlumat verilib.
Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}