Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib

 Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az-ın xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:
“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}