Əsas Səhifə > SAĞLAMLIQ / Mədəniyyət > Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib
Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib27-05-2021, 11:51 |
Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub. Şəffaflıq.az-ın xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır: “Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”. Geri qayıt |