Kiyevdə komendant saatı uzadılıb

 Ukraynanın paytaxtı Kiyevdə tətbiq edilən komendant rejimi martın 15-i saat 21.00-dan martın 17-si saat 8.00-dək uzadılıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
Bildirilib ki, komendant rejimi ərzində şəhərdə xüsusi buraxılışı olmadan hərəkət etmək qadağandır.
“Kiyevlilər iki sutka evdə otursun, həyəcan siqnalı veriləndə isə hamının sığınacağa getməsini xahiş edirəm”, - V.Kliçko vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}