Kiyevdə 1 Azərbaycan vətəndaşı naməlum istiqamətdə aparılıb, digəri itkin düşüb

 Ukraynada Kiyevin-Jitomir yolunda fevralın 28-də axşam saatlarında Azərbaycan vətəndaşı Manafov Ruslan saxlanılıb və naməlum istiqamətdə aparılıb.
Şəffaflıq.az-ın məlumatına görə, 30-35 yaşlarında olan azərbaycan vətəndaşının hazırda harda saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Dünən həmçinin Kiyevdə daha bir Azərbaycan vətəndaşı evindən çıxıb, lakin geri qayıtmayıb. Ukraynda yaşayan azərbaycan vətəndaşlarına bu günlərdə evdən bayıra çıxmamaq tövsiyyə olunur.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi dünən Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Müraciətdə qeyd olunur ki, komendant saatı zamanı piyada gəzmək qəti qadağandır.
“Kiyevdə komendant saatı saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir. Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır! Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”, - müraciətdə deyilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}