Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi qaydası hazırlanacaq

 Azərbaycanda turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası hazırlanacaq.
Şəffaflıq.az-ın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "Turizm haqqında” qanunun tətbiqi barədə ölkə prezidentinin 18 fevral 2022-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda öz əksini tapıb.
Sərəncama əsasən, Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını 2 ay müddətində hökumətə təqdim etməlidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}