Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək
Nazirlər Kabineti Mingəçevir Turizm Kollecinin yenidən təşkili ilə bağlı qərar verib.
Şəffaflıq.az məlumat verir ki, qərar “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə Prezidentin müvafiq fərmanının 2.5.2-ci bəndinə uyğun olaraq, Dövlət Turizm Agentliyinin təklifinə əsasən qəbul edilib.
Qərara əsasən, Mingəçevir Turizm Kolleci publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Turizm Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Mingəçevir Turizm Kolleci öz fəaliyyətini davam etdirəcək.
Xəbəri paylaş
Facebook-da paylaş