Ukrayna Aİ-nin enerji şəbəkəsinə qoşulacaq

 

Avropa Komissiyası yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşulmaq niyyətindədir.

Bunu çərşənbə axşamı Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.

“Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıqlar yanmağa davam etsin. Hazırda biz Ukraynaya ölkəyə yanacaq və generatorlar verməklə kömək etməyə davam edirik”, - deyə o, bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}