Deputat: “Ukrayna Qarabağda “yaşıl enerji”dən istifadə ilə bağlı Azərbaycana təkliflər verə bilər”


“Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgənin bərpası və yenidənqurulması sahəsində görülən işlər Ukrayna olaraq, bizim üçün yaxşı nümunədir. Münaqişədən sonra logistika marşrutlarının bərpası həlledici rol oynayır. Bu həm Azərbaycan, həm də bütün digər region ölkələri, o cümlədən Ermənistan, Türkiyə və Ukrayna üçün çox vacibdir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı, enerji məsələləri üzrə beynəlxalq dərəcəli mütəxəssis Lyüdmila Buymister bildirib.
O deyib ki, Qarabağ münaqişəsinin başa çatması, ardınca bölgədə açılan yeni hava limanı və nəqliyyat dəhlizlərinin açılması Asiyadan Avropaya logistika marşrutlarını xeyli təkimlləşdirəcək: “Bu da dünya iqtisadi tempinə ciddi təkan verəcək”.
Deputat vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən bərpa və yenidənqurma prosesinə Ukrayna “yaşıl enerji” sahəsindəki təcrübəsi ilə əhəmiyyətli kömək edə bilər: “Çünki indiyədək Ukraynada 9 gigavattdan çox günəş və külək enerjisi stansiyaları quraşdırılıb. Düşünürəm ki, bu cür imkanlarla gələcəkdə daha çox əməkdaşlıq sahələrini inkişaf etdirmək mümkündür”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}