Əminə Ərdoğan Yelena Zelenskiyə videomüraciət göndərib
Bu barədə Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir.
Türkiyə xalqının səmimi sevgi və hörmətini ifadə edən Əminə Ərdoğan Ukraynaya edilən hücumlardan çox kədərləndiyini bildirib: "Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl xalqı türk xalqının dualarındadır. Allahdan tez bir zamanda əmin-amanlığa qovuşmanızı, daha heç bir kəsin incidilməməsini diləyirik”.
Əminə Ərdoğan tarixin kifayət qədər müharibələr və göz yaşları ilə dolu olduğunu, müharibənin acı nəticələrinin hər kəsə məlum olduğunu bildirib. Türkiyənin müharibədən qaçan milyonlarla insanın ev sahibi olduğunu dilə gətirən Ə.Ərdoğan ölkəsinin 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsindən qaçaraq ərazisinə sığınan təxminən 3,7 milyon suriyalıya ev sahibliyi etdiyini xatırladıb.
Türkiyənin birinci xanımı həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib: "Beynəlxalq ictimaiyyətin Ukrayna üçün göstərdiyi həmrəylik nümunəsi dilindən, dinindən və irqindən asılı olmayaraq bütün məzlum xalqlar üçün olmalıdır. Dünyanın bütün qadın və uşaqları eyni bəşəriyyətin üzvləridir. Ona görə də harda müharibə olsa, sülhü bərqərar etmək lazımdır”.https://dai.ly/x88l1pu
Facebook-da paylaş