Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldəki NATO sammiti və ikitrəfli görüşlərinin ardından “TC-TUR” təyyarəsilə Azərbaycana yola düşüb.
Şəffaflıq.az bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata əsasən, dövlət başçısını onun həyat yoldaşı Əminə Ərdoğan, müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, həmçinin Administrasiyanın sözcüsü İbrahim Kalın, “Ədalət və İnkişaf Partiyası”nın sözcüsü Ömər Çəlik, habelə partiyanın Rizə millət vəkili və NATO Parlament Assambleyası Türk Qrupunun rəhbəri Osman Aşkın Bak müşayiət edir.
Xəbəri paylaş
Facebook-da paylaş