Şəmkirdə mikroavtobus kranla toqquşub, üç nəfər xəsarət alıb

 

Bakı-Qazax avtomobil yolunda mikroavtobusla minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Şəmkir rayonunun Könüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində mikroavtobusun sürücüsü, Ağstafa rayonunun Qırlı kənd sakini, 1990-cı il təvəllüdlü Əmiraslanov Bariz Mübariz oğlu, onun sərnişinləri - Tovuz rayonun Əbulbəyli kənd sakini, 1961-ci il təvəllüdlü Musayev Sahib Abbasəli oğlu və Qazax rayon sakini, 1956-cı il təvəllüdlü Əliyeva Tamara Əhməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan sürücünün və T.Əliyevanın vəziyyəti orta-ağır, S.Musayevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}