İsmayıllıda qəza — Üç nəfər xəsarət aldı

 

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı yolunun Qarakolluq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü İbrahimov Yusif Nəsib oğlunun idarə etdiyi “Tofaş” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1961-ci il təvəllüdlü İsmayılov Alxan Kərəm oğluna məxsus “VAZ 2107” markalı maşınla ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və “VAZ 2107”nin sərnişini, 1962-ci il təvəllüdlü İsmayılova Abidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}