Saatlıda DƏHŞƏTLİ QƏZA: QHT sədri öldü

 Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində baş verib.
Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubitshi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubitshi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
N.Cəfərov xəstəxanada dünyasını dəyişib.Trend
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}