Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib

“Bu gün səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib".
Şəffaflıq.az xəbər verir ki, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.
O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb: “Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən ya Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbaycana getsin. Onlar özləri gedəcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}