Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.
Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş