Əsas Səhifə > Gündəm > Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi6-02-2020, 11:14 |
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, təxliyə edilənlərin istəkləri yerinə yetirilib. Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır. Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq. Geri qayıt |