RƏSMİ AÇIQLAMA Səfirlikdən Çindən azərbaycanlıların təxliyyəsi ilə bağlı

 “Çinin Uhan şəhərindəki vətəndaşlarımızın təxliyyələrinin həyata keçirilməsi üçün qardaş Türkiyə ilə birlikdə zəruri işlər görülüb. Səfir Xəzər İbrahim də karantin şərtlərinə uyğun olaraq, təyyarəni qarşılayanlar arasında olacaq”.
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, vətəndaşlarımızın təxliyyəsi ilə bağlı Səfirlik ilk gündən etibarən lazımi addımları atıb. Həm Türkiyənin Xarici İşlər Nazirliyi, həm də digər aidiyyəti qurumlarla mütəmadi əlaqə saxlanılıb.
Bildirilib ki, Çindən təxliyyə olunan Azərbaycan vətəndaşlarının Türkiyədə qaldığı 14 gün ərzində səfirlik lazım olan diqqət və qayğını göstərəcək.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}