Pedaqoji Universitetdə əməkhaqları artırıldı

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əməkhaqları artırılıb.

Universitetdən verilən məlumata görə, bu haqda ADPU-nun mart ayının 2-də keçirilən Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.

Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqlarının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}