Bu müəllimlərin maaşı artırıldı - ŞAD XƏBƏR

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.
 Şəffaflıq.az bildirir ki, Universitetdən Publika.az-a verilən məlumata görə, UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib.
Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.
Xatırladaq ki, 2015-cü ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Diffenersial Əmək Haqqı Sistemi tətbiq olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}