Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb

 Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.
Bu barədə Şəffaflıq.az Ukrayna mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar - təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri - 1 ədəd, taktiki səviyyəli silahlar - 60 ədəd, gəmilər, qayıqlar - 2 ədəddir.
Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}