Ukraynaya humanitar yardım daşıyan təyyarələr Azərbaycandan yola düşüb


 

Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.


Bu barədə Şəffaflıq.az Caliber.az-a istinadən xəbər verir.

Bildirilib ki, Bakıdan havaya qalxan İL-76 və "Boing-747" markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.

Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}