“Manafın bəlkə sabah toyu var, niyə “içəri”də oturmalıdır?”

 Müğənni Tərənə Qumral həbs olunan həmkarı Manaf Ağayevlə bağlı sosial şəbəkə hesabında canlı yayım açıb.
"Qafqazinfo" xəbər verir ki, o, canlı yayımda çıxışında Manaf Ağayevə dəstək olub.
Lakin Təranə Qumralın dəstəyi heç də birmənalı qaşılanmayıb. Qadın müğənninin "Manafın bəlkə sabah toyu var, nəyə görə "içəri"də oturmalıdır?" açıqlaması tənqidlə qarşılanıb. Belə ki, izləyicilər Təranə Qumralın Manaf Ağayevin nəyə görə həbs edilməsinin hələ də fərqində olmadığını bildiriblər.
Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}