DİN Manaf Ağayevlə bağlı araşdırmaya başladi
DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib.
"Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb", - DİN rəsmisi vurğulayıb.
Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş