“Avroviziya-2022”də Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

 

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, İtaliyanın Turin şəhərində ölkəmizi “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}