Rusiya ordusunu Ukrayna sərhədlərindən çıxarmağa başlayıb
Rusiyanın Cənub və Qərb hərbi dairələri hərbi təlimlərdən sonra qoşunların öz yerləşdikləri yerlərə qayıtmasına başlayıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb. Bu gündən onlar öz hərbi qarnizonlarına doğru hərəkətə başlayacaqlar. Ayrı-ayrı bölmələr hərbi kolonnaların tərkibində təkbaşına yürüş edəcəklər", - deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Belarusun Obuz-Lesnevski poliqonunda keçirilən Rusiya-Belarus “Allied Resolve” təliminə xarici dövlətlərin ölkədəki səfirliklərinin müdafiə üzrə hərbi attaşeləri və KİV nümayəndələri dəvət olunub. Onlar birgə məşqlərin son mərhələsini müşahidə edə biləcəklər.
Facebook-da paylaş