Rusiya növbəti hərbi texnikasını Belarusa göndərdi
Rusiyanın Şərq Hərbi Dairəsinin artilleriyaçılarının və Sakit okean donanmasının dəniz piyadalarının silah və hərbi texnikası İttifaq Dövləti qüvvələrinin təlimində iştirak etmək üçün Belarusa göndərilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, praktiki təlimlər Domanovski, Qojski, Obuz-Lesnovski, Brest, Osipoviç poliqonlarında keçiriləcək. Bundan başqa, Baranoviç, Lunineç, Lida və Maçulişi aerodromlarından da istifadə olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş