Rusiyalı general Vladimir Putini istefa verməyə çağırıb

 

İstefada olan rus generalı Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Ukraynaya təcavüz əmri verməsin. O, Putini Ukrayna ilə yaratdığı gərginlik fonunda ölkənin daxili problemlərindən fikir yayındırmaq məqsədi üçün istifadə etməkdə ittiham edib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə "haberturk" məlumat verib.

Bildirilir ki, Rusiya Zabitlər Məclisinin rəhbəri, general-polkovnik Leonid İvaşov “Müharibə astanasında” adlı məktub yazıb. Məktubda bildirilirdi ki, Moskva qardaş xalqlar arasında qarşıdurma istəməsə də, Putin “müharibə qızışdırmaq siyasəti” yürüdür.

2001-ci ildə təqaüdə çıxan və o vaxtdan bəri Rusiya haqqında geniş yazılar yazan İvaşov: “Biz Rusiyanı Qərbin birləşmiş qüvvələrinə qarşı tək qalmasına səbəb olan Putini müharibəni qızışdıran cinayətkar siyasətindən əl çəkməyə və istefa verməyə çağırırıq”, -deyib.

Məktubda NATO qüvvələrinin Rusiyanı təhdid etmədiyi və Qərbin nüvə silahlarının “etibarlı şəkildə nəzarət altında” olduğu bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}