Goranboyda qəza törətməkdə təqsirləndirilən polisin məhkəməsi başlayır

Goranboyda yol qəzası törətməkdə təqsirləndirilən polis əməkdaşı İmran Hüseynli və digər sürücü İlkin Quluzadənin cinayət işi üzrə məhkəməsi başlayır.
Şəffaflıq.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci il oktyabr ayının 9-da Goranboy-Tərtər yolunun rayonun Xan Qərvənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İlkin Nuruzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili, Tərtər Rayon Polis Şöbəsində (RPŞ) xidmət aparan, polis serjantı İmran Hüseynlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili və Pərviz Abbasovun idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə toqquşub.
Nəticədə P.Abbasov hadisə yerində ölüb, onun yoldaşı və övladları, İ.Nuruzadə və onun avtomobilində olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Goranboy RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb, müvafiq avto-ekspertiza təyin edib. Qəzada iştirak edən digər iki sürücü sərxoşluq müayinəsindən keçirilib və məlum olub ki, hadisə zamanı hər iki sürücü spirtli içki qəbul etməyib.
Faktla bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, qəzada iştirak edən polis serjantı İ.Hüseynli hadisə zamanı xidmət başında deyil, məzuniyyətdə olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}