Qayınanasını öldürüb, həyat yoldaşını ağır yaralayan şəxsin məhkəməsi başlayır
Şəffaflıq.az-ın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Şəmkir rayonun Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü İ.Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və qayınanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.
Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Facebook-da paylaş