Moldovanın XİN rəhbəri: “Biz Cənubi Qafqazda sülh quruculuğunu yüksək qiymətləndiririk”
“Biz Cənubi Qafqazda sülh quruculuğunu yüksək qiymətləndiririk. Moldova istəyir ki, ərazilərin minalardan təmizlənməsi üçün bir neçə ekspert göndərsin”.
Şəffaflıq.az məlumat verir ki, bunu Moldovanın xarici işlər naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Moldova Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir.
“Biz ikitərəfli səfərləri müzakirə etdik, Moldovanı enerji məsələsi də çox maraqlandırır”, - deyə nazir söyləyib.
O qeyd edib ki, Moldovada Azərbaycan kapitalı ilə 130 şirkət fəaliyyət göstərir.
“Çalışacağıq ki, gələcək aylarda daha düzgün platformalar işləyib hazırlayaq. Mən ölkələr arasında rouminq xidmətləri xərclərinin aradan qaldırılmasını da Ceyhun Bayramovla müzakirə etdim. Gələcəkdə Bakı ilə Kişinyov arasında birbaşa təyyarə reysi də açıla bilər”, - deyə Niku Popesku əlavə edib.
Facebook-da paylaş