Ceyhun Bayramov: "Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bölüşə bilər"
"Yaxın keçmişdə bənzər hadisələr yaşamış Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bizimlə bölüşə bilər".
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
O vurğulayıb ki, Azərbaycana rəsmi səfər edən Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviçlə görüşü zamanı postmünaqişə dövründə iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən azad edilən torpaqların minalardan təmizlənməsi müzakirə olunub.
"Azərbaycanın ərazi bütövlüyünü, mövqeyini dəstəklədiyinə görə Bosniya və Herseqovina dövlətinə minnətdarıq", - C.Bayramov bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş