Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov: "Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bölüşə bilər"

Ceyhun Bayramov: "Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bölüşə bilər"


23-12-2021, 13:44
"Yaxın keçmişdə bənzər hadisələr yaşamış Bosniya və Herseqovina müharibənin fəsadlarını aradan qaldırmaqda təcrübəsini bizimlə bölüşə bilər".
“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
O vurğulayıb ki, Azərbaycana rəsmi səfər edən Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviçlə görüşü zamanı postmünaqişə dövründə iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən azad edilən torpaqların minalardan təmizlənməsi müzakirə olunub.
"Azərbaycanın ərazi bütövlüyünü, mövqeyini dəstəklədiyinə görə Bosniya və Herseqovina dövlətinə minnətdarıq", - C.Bayramov bildirib.

Geri qayıt