Tbilisidə ən böyük tikinti materialları bazarı yanıb

 

Tbilisidə ən böyük Eliava tikinti malları bazarının ərazisində yanğın baş verib.


Şəffaflıq.az xəbər verir ki, Gürcüstan Fövqəladə HallarNazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bazarının ərazisində baş vermiş yanğın artıq söndürülüb.

Yanğın ticarət müəssisələrinin anbarlarından birində baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları səfərbər edilib.

Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlər sürətlə çalışıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, yanğının sahəsi 1000-1500 kvadratmetr olub.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir. Dəymiş ziyanın məbləği sonra hesablanacaq.

Yanğın yarım saat ərzində söndürülüb. Söndürmə işləri aparılarkən yanan obyekt Kürə yaxın yerləşdiyindən sağ sahildə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}