Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
138971 (2001 CB21) adlı potensial təhlükəli asteroid art ayılnda Yerə yaxınlaşacaq.
Bu barədə NASA-dan xəbərdalıq edilib.
Astronomların fikrincə, kosmik cism Eyfel qülləsindən dörd dəfə hündürdür - diametri təxminən 1,3 kilometrdir.
Səma cisminin martın 4-də Bakı vaxtı ilə saat 12:00 radələrində planetin yaxınlığından keçəcəyi gözlənilir. Alimlər xəbərdarlıq ediblər ki, o, saatda 43 min kilometrdən çox sürətlə hərəkət edir.
NASA asteroidi “potensial təhlükəli” olaraq təyin etsələr də, yaxın gələcəkdə onun Yerlə toqquşmasının baş verməyəcəyini qeyd ediblər.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş