“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağından əldə edilən gəlirlər KƏSKİN ARTIB
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2022-ci ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” yataqları üzrə ümumi 833 013 000 ABŞ dollarına yaxın gəlir əldə edib.
Dövlət Neft Fondundan verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 683 114 000 ABŞ dolları həcmində gəlir əldə edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 2,8 dəfə artıb.
Bu dövrdə “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 149 899 000 ABŞ dolları olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 42,3 dəfə artıb.
“Şahdəniz” yatağı üzrə kondensatın satışından 22 172 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 dəfə çoxdur.
Xatırladaq ki, Neft Fondu 2020-ci ilin yanvar ayında AÇG yatağından 244 946 000 ABŞ dollar, “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından isə 3 538 000 ABŞ dolları gəlir əldə edilib.
Şəffaflıq.az
Facebook-da paylaş