Azərbaycanda bankların gəlirləri kəskin azalıb


 

Azərbaycanda bank sektorunun gəlirləri kəskin azalıb.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata əsasən, fevral ayının sonuna bank sektoru 73,1 milyon manat xalis gəlir əldə edib.

Bu rəqəmi ötən ilin eyni dövrü ilə müqayisə etdikdə isə bank sektorunun gəlirlərinin 25,3 faiz azaldığını müşahidə edirik.

Bu dövr ərzində bank sektoru mənfəətdən 16,2 milyon manat (2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz az) vergi ödəyib.

Bu dövrdə Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumilikdə 324,9 milyon manat (2,7 faiz az) vəsait cəlb edib. Banklar kreditlər üzrə faizlərdən isə 259,3 milyon manat (1,9 faiz az) gəlir əldə edib. Bankların xalis faiz gəlirlərinin həcmi isə 227,2 milyon manat (1,3 faiz az) təşkil edib. Qeyri faiz gəlirlərinin həcmi 4,6 faiz azalaraq 104,8 milyon manat olub.

Sektorun faiz və onlara bağlı xərclərinin həcmi 85,7 milyon manat (7,3 faiz az) təşkil edib. O cümlədən, depozitlər üzrə xərclər də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq 54,5 milyon manat olub. Qeyri-faiz xərclərinin həcmi isə 195 milyon manat (0,6 faiz çox) təşkil edib.


Ölkədəki banklar müvafiq dövrdə 137 milyon manat (6,2 faiz az) dəyərində əməliyyat mənfəəti əldə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}