BMT TŞ Ukrayna ətrafında vəziyyətlə bağlı iclasın keçirilməsinə səs verib


 

BMT Təhlükəsizlik Şurası prosessual səsvermə zamanı ABŞ-ın təşəbbüsü ilə Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirməyə çağırıb.


Şəffaflıq.az məlumat verir ki, Birləşmiş Ştatlar keçən həftə yanvarın 31-də bu gündəliyə dair görüş tələb etmişdi.

Ölkənin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, Vaşinqton Moskvanın Ukraynaya qarşı iddia edilən “təhdidedici davranışını” və sərhəddə Rusiya hərbi mövcudiyyətinin “möhkəmlənməsini” müzakirə etmək istəyir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bunu ABŞ-ın “öz əsassız ittihamlarını və fərziyyələrini” müzakirə etmək niyyəti adlandırıb. Diplomat ümid etdiyini bildirib ki, həmkarları “bu PR hiyləsini” dəstəkləməyəcəklər.

Qeyd edək ki, əgər BMT Təhlükəsizlik Şurasının üzvü konkret iclasın keçirilməsinə qarşıdırsa, o, prosessual səsvermənin keçirilməsini tələb edə bilər. Belə olan halda onun keçirilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzunun lehinə çıxış etməsi lazımdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}