UEFA "Real Madrid"in baş məşqçisinin imtahan tələb edir

UEFA İspaniyanın "Real Madrid" klubunun sükanı arxasında olan Karlo Ançelottidən məşqçilik imtahanından keçməsini tələb edir.
Şəffaflıq.az "Football Italia"ya nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin lisenziya müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.
Avropa futbol qurumu italiyalı baş məşqçinin texniki zonadan komandaya rəhbərlik etməsindən əvvəl imtahandan keçməsini istəyir. UEFA Ançelottiyə məsələ ilə bağlı xəbərdarlıq məktubu da göndərib.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayında baş məşqçi təyin olunub. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. İtaliyalı mütəxəssis daha əvvəl 2013 - 2015-ci illərdə də "Real Madrid"də işləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}