"Real Madrid"in prezidentinə qarşı 10 milyon avroluq şantaj

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Pereslə bağlı qalmaqalın yeni təfərrüatları üzə çıxıb.

Şəffaflıq.az-ın məlumatına görə, "kral klubu" "El Confidencial" nəşrində Peresin səs yazılarının mövcudluğundan xəbərdar olub. 2011-ci ildə jurnalist Xose Antonio Abelyan paytaxt təmsilçisinin vitse-prezidenti ilə görüşərək, audio yazılarını yaymamaqdan ötrü 10 milyon avro tələb edib. "Real Madrid" rəsmisi şantajçının şərtləri ilə razılaşmayıb.

Sonradan Abelyan səs yazılarını bir çox media orqanlarına, o cümlədən AS nəşrinə təklif edib. Lakin həmin KİV-lər etik məsələlər və məhkəmə araşdırmaları təhlükəsi ilə əlaqədar imtina qərarı veriblər. Nəhayət, "El Confidencial" qalmaqallı sitatları dərc etməyə razılaşıb.

Qeyd edək ki, Florentino Peres səs yazılarında "Real Madrid"in əfsanələri Raul Qonsales və İker Kasilyası "klub tarixinin dahi fırıldaqçıları" adlandırıb, komandanın keçmiş hücumçusu Kriştianu Ronaldu və sabiq baş məşqçi Joze Mourinyonu təhqir edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}