Norveçdə 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 Norveçdə 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Şəffaflıq.az goal.az-a istinadən xəbər verir ki, bu, "Real Sociedad"da forma geyinən Martin Edeqordur.
O, ölkəsində keçirilən sorğuda bir neçə gün öncə "Borussia Dortmund"a transfer olunan Erlinq Holand "Genk"in yarımmüdafiəçisi Sander Bergen, eləcə də "Bournemouth"un hücumçusu Coşua Kinqi qabaqlayıb.
Qeyd edək ki, Edeqor müqavilə ilə "Real Madrid"ə məxsusdur. 21 yaşlı futbolçu "Real Sociedad"a bu mövsümün əvvəlində icarə əsasında keçib. O, bu komandanın heyətində La Liqada keçirdiyi 16 oyunda 4 qola imza atıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}